Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər -FOTO Siyasət

Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər -FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarətçilər arasında Pakistan Senatının sədri Syed Yusuf Rza Gilani, Belarus Milli Assambleyasının Respublika şurası sədr müavini Valdislav Tatarinoviç, Tacikistan parlamentinin nümayəndələr palatasının sədri Fayzali İdizoda, Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean, Kamboca parlament sədrinin müavini Sot Vonq və beynəlxalq parlament konfransının digər iştirakçıları var.

Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyaraq, xatirəsini dərin ehtiramla yad ediblər.

Ardınca Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları önünə gül dəstələri düzülüb. Sonra isə “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyulub və şəhidlərin xatirəsi yad edilib.

Sahibə Qafarova qonaqları şəhərimizin mənzərəsi ilə də tanış edib.

Sonda isə qonaqlar beynəlxalq parlament konfransının keçirilməsi ilə əlaqədar Milli Məclisə gediblər.

Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO Beynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO