Sərxoş halda avtomobil idarə edərək qəza törədən sürücü həbs olunub - VİDEO
Azərbaycan və Oman diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv edib
Microsoft və OpenAI 500 milyard dollarlıq yeni müqavilə imzalayıblar
Tramp Cənubi Koreyanın nüvə sualtı qayıqlarına ehtiyacı olması ilə razılaşıb
Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir
11:04
938
Rumıniya və Azərbaycan parlamentləri arasında İşçi qrupu yaradılması təklif olunub.
Belə təkliflə Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean çıxış edib.
Rumıniya Parlamenti Senatının sədri bildirib ki, Rumıniya Azərbaycanla tərəfdaşlığa mühüm əhəmiyyət verir. Mirça Abrudean Milli Məclislə əməkdaşlıq üçün istiqamətlər də təklif edib: “Azərbaycanın ASAN Xidmət modelinin Rumıniyada tətbiqinə başlamışıq. Rəqəmsallaşma, kibertəhlükəsizliklə bağlı Rumıniya və Azərbaycan parlamentlərinin komitələri arasında birgə İşçi qrupu yarada bilərik. Nəqliyyat və enerji üzrə komitələrin də ildə bir dəfə görüşünü təşkil edə bilərik”.
Mirça Abrudean Cənubi Qafqazda sabitliyin hamının xeyrinə olduğunu da vurğulayıb.
15:13
84
14:55
343
14:38
413