Azərbaycanda tədris sistemində süni intellektlə bağlı proqram və ixtisaslar yer alacaq
“2025-ci ildə Ombudsmanın ünvanına 42.685 müraciət daxil olub”
Azərbaycan XİN: İrandan vətəndaşlarını təxliyə etmək üçün 25-dən artıq ölkə müraciət edib
Slovakiyanın İrandakı səfirliyinin heyəti Azərbaycan sərhədi ilə təxliyə olunub - FOTO
6 Avqust 2020 12:03
1 498
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Türkiyə nümayəndəliyi Türkiyənin İzmir şəhərinin Valisi Yavuz Selim Köşgerin iştirakı ilə Azərbaycana biznes missiyanın təşkil olunmasına dair müzakirələr aparılıb. ASK-dan “APA-Economics”ə verilən məlumata görə, biznes missiya mövcud pandemiya şəraitinin imkan verəcəyi ən qısa zamanda təşkil olunacaq.
ASK-dan bildirilib ki, Y.S. Köşger ASK-nın Türkiyə nümayəndəsi Asif Qurbanı qəbul edib. Görüşdə ötən ilin sonunda ASK-nın təşkilatçılığı ilə İzmirli iş adamlarının Azərbaycana biznes missiyası barədə məlumat verilib. A. Qurban Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) ilə ASK arasında yüksək səviyyədə əməkdaşlıq əlaqələri, hər iki ölkə arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin daha da artırılması məqsədilə ASK və TOBB tərəfindən Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası Forumunun (TAC) qurulduğunu Y.S.Köşgerin diqqətinə çatdırıb.
Öz növbəsində, Y.S.Köşger ölkələr arasında ticarət dövriyyəsinin artdığını və qarşılıqlı investisiya qoyluşlarının da səviyyəsindən məmnun qaldığını bildirib. O, azərbaycanlı iş adamlarının İzmir bölgəsində fəaliyyəti üçün bütün imkanların yaradıldığını və gələcəkdə yarana biləcək çətinliklərin aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini qeyd edib.