Dünya bazarlarında təbii qaz ucuzlaşıb İqtisadiyyat

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,32% azalaraq 2,02 ABŞ dolları təşkil edib.