AMB 2021-ci ildə pul siyasәtinin əsas istiqamәtlәrini açıqlayıb İqtisadiyyat

AMB 2021-ci ildə pul siyasәtinin əsas istiqamәtlәrini açıqlayıb

Azərbaycanda 2021-ci ildә dә pul siyasәtinin prioritet mәqsәdini milli valyutaya inamın başlıca zәmanәtçisi olan qiymәt sabitliyi tәşkil edәcәk və inflyasiyaya tәsir imkanlarını güclәndirmәk istiqamәtindә islahatlar davam etdirilәcәk.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə dair bəyanatında deyilir.

Qeyd olunub ki, istinadən verdiyi məlumatına görə, 4±2% dәhlizindә idarә olunacaq inflyasiya hədəfinə nail olmaq üçün pul siyasәtinin aralıq hәdәflәri olaraq mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindәn qәrarların transmissiya xüsusiyyәtlәri nәzәrә alınmaqla istifadә edilәcәk.

“Pul siyasәti yürüdülәrkәn manatın mәzәnnәsinin inflyasiyaya qısa vә orta müddәtli ötürücülüyü diqqәtdә saxlanılacaq. İstehlakda idxal mallarının әhәmiyyәtli paya malik olması mәzәnnәnin başlıca inflyasiya amili olmasını şәrtlәndirir. Növbәti ildә dә valyuta bazarında tarazlıq tәdiyә balansının vәziyyәtindәn, dövlәtin valyuta tәlәbi vә tәklifindәn, habelә iqtisadi subyektlәrin mәzәnnә gözlәntilәrindәn asılı olacaq. Zәruri hallarda bundan sonra da valyuta bazarında tarazlığı tәmin etmәk üçün hökumәtlә birlikdә qabaqlayıcı tәdbirlәr görülәcәkd. Valyuta tәnzimlәnmәsinin optimallaşdırılması işlәri 2021-ci ildә dә diqqәtdә saxlanılacaq”, AMB bildirir.

Bank hәdәflәrә nail olmaq üçün perspektivdә dә bütün alәt vә mexanizmlәrdәn adekvat istifadә edәcәk, verdiyi siyasәt qәrarlarının ardıcıllığı vә effektivliyini diqqәtdә saxlayacaq. Bundan əlavə, pul siyasәti alәtlәri üzrә kәmiyyәt parametrlәri növbәti ildә dә iqtisadiyyatın likvidlik ehtiyaclarından vә maliyyә bazarlarındakı vәziyyәtdәn asılı olaraq çevik tәnzimlәnәcәk. Pul siyasәtinin transmissiya effektini güclәndirmәk, habelә pul bazarının aktivlәşmәsini vә gәlirlik әyrisinin formalaşmasını dәstәklәmәk üçün әmәliyyat prosedurlarının tәkmillәşdirilmәsi AMB tərəfində davam etdirilәcәk.

“Faiz dәhlizinin parametrlәri haqda qәrarlar makroiqtisadi proqnozlar vә risk balansı nәzәrә alınmaqla qәbul edilәcәk. Pul siyasәtinin izafi yumşalmasının mümkün neqativ nәticәlәri nәzәrә alınmaqla risklәrin qiymәtlәndirilmәsi zamanı konservativ mövqe saxlanılacaq. 2021-ci ilin ilk rübündә inflyasiyaya azaldıcı tәsir göstәrәn amillәrin üstünlüyünü qoruyacağı gözlәnilir. Bu dövrdә dünya әrzaq qiymәtlәrindә bahalaşma vә epidemiya әleyhinә xәrclәrin artması mәcmu tәlәbin azalması hesabına neytrallaşa bilәr. Ortamüddәtli dövr üzrә isә mәcmu tәlәbin vә belәliklә iqtisadi artımın bәrpası inflyasiya proseslәrinә tәsir edәn başlıca amillәrdәn biri olacaq. Manatın mәzәnnәsinin sabitliyinin qorunması hәm qısa, hәm dә orta müddәtli dövrdә makroiqtisadi sabitliyin әsas lövbәri rolunda çıxış edәcәk”, - bəyanatda deyilir.