Əraqçı: Hörmüz boğazı bizimlə əməkdaşlıq edən gəmilər üçün açıqdır
BMT: Qlobal Cənub QHT Platforması tərəfdaşlıq üçün mühüm mexanizmdir
WUF13 çərçivəsində Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlərin görüşü keçiriləcək
Muxtar Babayev: Qlobal Cənub QHT Platforması fəaliyyət üçün bir qüvvədir
20 Aprel 2021 14:00
3 479
Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 51 998 min barel neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8% azdır.
"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin yanvar-martı aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 57 656 min barel neft nəql edilib.
Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 208 064 min barelə yaxın neft nəql edilib ki, bu da 2019-cu ilin göstəricisi müqayisədə 11,5% azdır.
Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.