
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycan və Rusiyanın işgüzar münasibətləri biznes iştirakçılar üçün yeni imkanlar açır.
Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Rusiya şirkətlərinin işgüzar missiyası" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə həm sərnişin, həm də yük daşımaları sahəsində münasibətləri inkişaf etdirir:
"2020-ci il ərzində Rusiya ilə yükdaşımaların artımını 8 milyon ton səviyyəsində saxlamaq mümkün oldu. Bundan başqa, işğal eidlmiş ərazilərin azad edilməsindən sonra biz yeni reallıqlarla qarşılaşdıq. Artıq tez bir zamanda yeni nəqliyyat dəhlizləri açılacaq ki, bu da təkcə Rusiya ilə Azərbaycanın deyil, bütün regionun yük dövriyyəsinin artımına xidmət edəcək. Yük dövriyyəsinin müsvət dinamikası Azərbaycanın avtoparkının yenilənməsinə də kömək edəcək. Bugünkü gün Azərbaycanda yük avtomobillərinin 85 faizi yaşı 10-15 ildən çoxdur. Bu isə rusiyalı istehsalçılar müsbət məqamdır. Yeni avtomobillər daşımaların səmərəliliyi və sürətini artıracaq, yeni istiqamətlər və yeni iştirakçılar cəlb edəcək".