"Qanunvericiliyinə görə, 8 saatdan artıq insanı işlətmək olmaz" - Qüdrət Həsənquliyev Siyasət

"Qanunvericiliyinə görə, 8 saatdan artıq insanı işlətmək olmaz" - Qüdrət Həsənquliyev

Bəli, hörmətli sədr, mən ilk olaraq, sizi uğurlu səfər münasibəti ilə təbrik edirəm. Ölkəmizin bu səfərlərə çox böyük ehtiyacı var. Və növbəti uğurlu səfərlər arzulayıram.
Hörmətli sədr, mən bu dəyişikliklərə səs verəcəm, amma birbaşa Əmək Məcəlləsi ilə bağlı bir məsləyə də toxunmaq istəyirəm. İnternet şəbəkələrdə çox geniş yayılır və əhalinin də geniş narazılığına səbəb olan bir məsləyə.
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünki plenar iclasındakı çıxışında deyib.
O, qeyd edib ki, Əmək Məcəlləsinə görə mövsümi işlər zamanı, yəni, daimi əmək müqaviləsi yox, yəni müddətli əmək müqaviləsi bağlanmalıdır: "Bizim bölgələrdə belə müqavilələr bağlanmır.
Mən dəhşətə gəldim, mənim yanıma cənub bölgəsindən bir qrup insan gəlmişdi. Qadınlar orda işləyirlər və deməli, gün ərzində onlara cəmi 8 manat pul verirlər. Gün çıxandan gün batana qədər işlədirlər, 10 manat verirlər. Niyə, 30 gün ərzində 300 manat olsun ki, əmək haqqının məbləğinə gəlib çatsın. Və bu 2 manatı da "yol pulu" adıyla sonradan onların əmək haqlarından çıxırlar, o da gəlib çıxır bir aya 240 manat. Bizim əmək qanunvericiliyinə görə, 8 saatdan artıq insanı işlətmək olmaz və 8 saatdan artıq həftədə 40 saat cəmi 5 gün ərzində və əgər normadan artıq işlədirlərsə, iki dəfə artıq əmək haqqı ödənilməlidir, amma bu da ödənilmir. Açıq söyləyək ki, bu qul əməyidi. Sonra o qadınlarla müqavilə bağlanılmadığına görə, onların gələcəkdə pensiya hüququ məsləsi də böyük bir problem olaraq ölkəmizin, hökumətin qarşısında dayanacaq, ona görə də bu məsələyə nəzarət etməli olan müvafiq dövlət orqanları ciddi nəzarət funksiyalarını həyata keçirməlidirlər. Məcbur eləməlidirlər həmin sahibkarları, fermerləri ki, o işçilərlə müqavilə imzalansın. Yəni, bu görünmür. O fermerlərin də insafı qalmayıb. O qadınlar sizin ananızdı, bacınızdı, qohumlarınızdı. Bu cür pul qazanmaq üçün onları istismar eləmək nə dərəcədə vicdanlı bir davranışdı? Bakıda çiyələyin kilosunu 5 manat satırlar. Hələ mən ən ucuzunu deyirəm, elələri var daha keyfiyyətlilərini 10 manata satırlar. Yəni orda tezdən axşama qədər bir qadın işlədib, günorta yeməklərini də vermirlər, o qadınlar da özləri ilə yemək aparırlar və sən onlara cəmi 8 manat pul verirsən gün ərzində... Mən hesab edirəm ki, onları qoymaq olmaz ki, insanları şənbə, bazar günü işlətsinlər. Ya da biz qanunvercidə dəyişiklik etməliyik. Qanunvericilikdə dəyişiklik edib konkret hər saata görə tariflər müəyyənləşdirilməlidir ki, işçiyə hər saat üçün, əgər işə muzdlu olaraq götürülürsə, müddətli əmək müqaviləsi bağlanılırsa ona nə qədər əmək haqqı verilməlidir. İndi bu insanları bizim fermerlərin vicdanına, insafına buraxmaq olmaz. Hesab edirəm ki, qanunvericilik yolu ilə də bu məsələni müzakirə eləməliyik. Hesab edirəm ki, bizim müvafiq komitə, müvafiq icra hakimiyyət orqanları ilə bu məsələni müzakirə etdikdən sonra, yaxın icaslarda biz bu məsləyə baxmalıyıq. Diqqətinizə görə çox sağ olun, dəyişikliklərə səs verəcəm".