

Tural İsmayılov: “Ölkələrimiz bir çox dünyəvi problemlərdə barışdırıcı mövqelərdən çıxış”
Türkiyə-Azərbaycanın münasibətləri tarixdə olmadığı qədər yaxındır və bu yaxınlıq təbii əsaslara söykənir. Qardaş ölkələr arasında, siyasi, iqtisadi, texnoloji, mədəni və digər sahələrdə yüksək səviyyədə işbirliyi var. Bakıda baş tutan texnofest qardaş ölkələr arasında texnoloji sahədə da əməkdaşlığın irəlıiyə daşınacağının mesajı idi. Bu məsələlərlə bağlı politoloq Tural İsmayılov “Xalq Cəbhəsi”nə müsahibəsində maraqlı fikirlər səsləndirdi...
-Texnofest öz əhatə dairəsinə və eyni zamanda çeşidliyinə görə bu sahədə keçirilən dünyanın ən yxşı festivallarındandır. Texnofest yeni keçirilsə də, gələcəkdə dünyanın bütün coğrafiyalarını əhatə edəcək. Azərbaycan-Türkiyə qardaşlığının növbəti dəfə təcəssüm etdirilməyi baxımdan da Texnofestin özünəxas dəyəri var. Texnofest Türkiyənin və Azərbaycanın müdafiə sənayesi, elm, texnologiya və yeniliklər baxımdan nə qədər önəmli mövqelər qazandığını nümayiş etdirir. Texnofest həmçinin güc nümayişidir. Eyni zamanda indiki əsr İKT dövrüdür. Azərkosmos uğurla fəaliyyət göstərir, Türkiyə isə kosmosda tədqiqatlar aparmaqla bağlı qərar verib. Modern startapların Qərbə getməməsi üçün, ideyaların reallaşmaı və sağlam fikir kapitalının sformalaşması rakursundan da Texnofestin müstəsna əhəmiyyəti var. Bütövlükdə bu festival gələcəkdə böyük perspektivlər vəd edir və Texnofest sayəsində çoxsaylı gənc istedadın önəmli mövqelər qazanacağını düşünürəm.
- Bakıda Türkiyə və Azərbaycanın dünyaya verdiyi mesajları necə dəyərləndirirsiniz?
- Azərbaycan və Türkiyə qardaşlığı bu gün dünya üçün sülhü, etimadı, bir-birinə hörməti, strateji müttəfiqliyi, qarşılıqlı yardımı ehtiva edir. Azərbaycan və Türkiyənin siyasi, hərbi, humanitar və bir çox sahələrdə ortaqlığı bəşəriyyəti siyasi təlatümlərdən sığortalayacaq. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi və Türk Dövlətləri Təşkilatının mühüm ölkəsi kimi BMT və bir çox platformalarda dünyanı narahat edən ədalətsizliklərə etirazını bildirib. Cənab Prezident dəfələrlə “vaksin milliyətçiliyi”nin pandemiyanı daha da alovlandırdığını vurğulayıb. Türkiyə isə NATO-nun mühüm üzvü kimi Avropanı Suriya və Əfqanıstandan ola biləcək miqrant axınlarından qoruyur. Bundan başqa, Rusiya-Ukrayna savaşı da daxil olmaqla bir çox dünyəvi problemlərdə hər iki ölkə qızışdırıcı yox, barışdırıcı mövqelərdən çıxış edir. Bakıdan Azərbaycan-Türkiyə tandeminin əhəmiyyəti bir daha vurğulandı. Azərbaycan-Türkiyə qardaşlığı qlobal sülhə töhfələr bəxş edir.
-Qardaş ölkələrinin yaxınlığını Rusiya-Ukrayna müharibəsi fonunda necə şərh etmək olar?
- Azərbaycan Rusiya-Ukrayna savaşının ilk günündən bu konfliktin beynəlxalq hüquq normaları çərçivəsində və Ukraynanın ərazi bütövlüyü fonunda həll olunmalı olduğunu deyib. Türkiyə də savaşın ilk günündən barışdırıcı missiyaya iddialıdır. Digər tərəflərdən fərqli olaraq Azərbaycan və Türkiyə bu savaşın gələcək qlobal neqativliklərini proqnozlaşdıra bilir. Türkiyə bu gün Ukrayna məhsullarının ixracı ilə bağlı Rusiya ilə anlaşmaq üzrədir. Bu baxımdan həm Azərbaycan, həm də Türkiyə bu prosesdə mühüm bir missiyanı həyata keçirir və keçirəcək.
- Türkiyə-Azərbycan əlaqələrinin inkişafı bölgəyə nə vəd edir?
- Türkiyə-Azərbycan əlaqələri təkcə Cənubi Qafqaz üçün önəm daşımır. Bütövlükdə Avrasiya məkanının gələcək inkişafı, siyasi-iqtisadi təkamülü iki ölkə qardaşlığından asılıdır. Bu gün qalib tərəf kimi Azərbaycanın Ermənistana diqtə etdiyi şərtlər Türkiyə tərəfindən də dəstəklənir. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan və Türkiyədən başqa bütün region ölkələri yararlana biləcək. Çindən Avropaya qədər önəmli bir nəqliyyat tranziti yaranmış olacaq. Bu baxımdan Rusiya da, İran da öz siyasi amallarını yanlış şərh etmək yerinə Azərbaycan-Türkiyə tandemi ilə əlaqələrə daha çox fokuslanmalıdır.
- Türkiyə-Azərbaycan müttəfiqliyi bölgədə yeni reallıqlar yaradıb. Ermənistsan bu reallıqlar fonunda nə etməlidir?
- Ermənistanın dövlət olaraq yeganə qurtuluş yolu maşa funksiyasından mümkün qədər imtina etməyə çalışmağındadır. Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt normal ölkə ola bilməyəcək.
Amma Ermənistan cəmiyyətində də ikiüzlülük və riyakarlıq davam edir. Bir tərəfdən Vətən müharibəsindəki biabrçı məğlubiyyətlərindən sonra müharibə istəməyərək revanşistləri növbədənkənar parlament seçkilərində məyus edib Nikol Paşinyan kimi axmaq bir adama səs verərək onun hakimiyyətdə qalmasına rəvac verirlər, digər tərəfdən müxtəlif platformalarda hələ də özlərinin saxta, heç bir real əsası olmayan” erməni tarixi” ilə bağlı hansısa işlər görməyə çalışırlar. Buna misal olaraq Məryəm Yeqoryanın “Şuşa.Amin” filmini göstərə bilərik. Bu məsələdə özəlliklə xaricdəki erməni lobbisinin də böyük təsir imkanları var. Azərbaycanla sərhədlərin delimitasiyasına razılıq verən, gələcəkdə sülh və etimadın mümkünlüyündən, Türkiyə ilə münasibətin normallaşdırmaqdan danışan hazırki Ermənistan hakimiyyətinin cəmiyyət daxilində təbliğat aparmaq imkanları kifayət qədər zəif görünür. Bunun nəticəsidir ki, bir tərəfdən Ermənistan hakimiyyəti bu gün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan bəhs etsə də Ermənistanda demək olar ki, artıq aramsız aksiya və mitinqlər keçirilir, daxildə bu tip Qarabağa yönəlik təxribatçı addımlar atılır. Məryəm Yeqorya kimi kinoşünaslıq adına heç bir uğuru olmayan, dünyada ciddi bir sima kimi özünə hörmət qazanmayan bir insanın çəkdiyi hansısa filmi maliyyələşdirərək Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi istifadə etməyə çalışırlar. Ermənistan hakimiyyəti Ermənistan daxilində Qarabağa yönəlik bu tip təxribatların qarşısını almasa özünün sülh və etimada sadiqliyi ilə bağlı şübhələr heç bir zaman ortadan qalxmayacaq.
Bugünə qədər Ermənistana qarşı daha real, sərt və praktiki addımlar atılmadığına görə indiyə qədər sülh və etimad mühiti, eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı hansısa konkret irəliləyişlər əldə edilməyib. Belə hesab edirəm ki, delimitasiya və demarkasiya ilə bağlı işçi qrupunun ilkin iclasının keçirilməsi, daha sonra Moskvada və Brüsseldə delimitasiya ilə bağlı işçi qruplarının növbəti iclaslarının keçirilməsi Azərbaycan və Ermənistan münasibətlərinin gələcəyi baxımında taleyüklü dəyişiliklərə səbəb ola bilər. Bundan sonra bütövlükdə regionun dirçəlməsi, regionda müharibələrin dışlanması və digər məsələlərdə Azərbaycanın ortaya qoyduğu kifayət qədər humanist və beynəlxalq hüququn normalarına uyğun addımlar xarici güclər tərəfindən dəstəklənməlidir. Hesab edirəm ki, erməni lobbisi və dövlətinin ata biləcəyi hər bir təxribata görə birbaşa onların mənzilləndiyi ölkələr də məsuliyyət daşıyırlar.
Ermənistanın yalnız 3 yolu var: 1) Azərbaycanla normal və sivil qonşu kimi münasibətləri bərpa etmək. 2) Türkiyə ilə uydurma “tarix” ətrafında manipulyasiyalar etməmək. 3) Bölgədə onun-bunun təsiretmə aləti olmamaq.
Əli Zülfüqaroğlu