Ermənilərin birliyi necə pozuldu? Siyasət

Ermənilərin birliyi necə pozuldu?

Ermənistan hökuməti məğlubiyyəti qəbul edib, Xankəndində çemodan əhvalı hökm sürür, kəndlərdə isə Azərbaycan ordusunu gözləyirlər
Əvvəlcə ötən əsrin 90-ci illərindən qeydə alınan işğal görüntülərində Azərbaycan torpaqlarının yağlamanmasinda iştirak edən qüvvələrin mənşəyi təkcə Ermənistan və ya Qarabağ erməniləri deyildi: Suriyadan, Fransadan, Livandan, İrandan, Argentinadan və sair ölkələrdən gələnlər Ermənistanın sözdə vahidliyi uğrunda işğala qarışmışdılar. Bizdəki vəziyyətin əksinə onlarda qranit bir birlik və yekdillik vardı.
Birinci hadisə.
2016 - ci ildə baş verən aprel döyüşlərindən az sonra müdafiə nazirliyinin ittihamlarla üzləşməsi fonunda 2018- ci ildə Serj Sarkisyan istefaya məcbur edildi və erməni cəmiyyətinin birləşdirici ideoloji xəttinin - Ohanyan səddi kimi darmadağın edilməsi Nikol Paşinyanin hakimiyyətə gəlişinə səbəb oldu. Bu, eməni cəmiyyətinin ilk rəsmi parçalanması idi.
İkinci hadisə.
10 noyabr gecəsində imzalanan kapitulyasiya aktı erməni cəmiyyətinin ikinci parçalanmasının və rəsmən dənizdən - dənizə böyük Ermənistan ideologiyasının dəfni oldu.
Bu, özlüyündən təkcə məğlubiyyətə gətirmədi, siyasi qüvvələrin hərbi antoqonizmini yaratdı, cəmiyyətdaxili toqquşmalara yol açdı, uzun illərə söykənəcək qarşıdurma an - havası ən minimal hesabla Qarabağda 30 il qalib, müharibədə isə artıq iki ildir məğlub olan milyonlarla erməninin dünyadan köçməsinə qədər davam edəcək.
Üçüncü hadisə.
Laçın dəhlizi avqust ayında tərk edilməlidir. Tiqran ənənəsi onları yenə oğurluğa, yağlamağa sövq edir. Qondarma rejimin deputatı inkar edir, Zabux kəndindəki erməni dəstəsinin rəhbəri təsdiq edir. Ermənistan hökuməti isə təkcə 10 noyabr razılaşmasının icrasını reallaşdırmamalidir, həm də dron görüntüləri ilə nəzarət edən Azərbaycana imkan verməməlidir ki, gələcəkdə İrəvanı mülki cinayətlərə görə də beynəlxalq məhkəməyə versin. Amma mümkün kimi görünmür.
Nə mərkəzi hökumət, nə Xankəndindəki terrorçular, nə kəndlərdə qalan quldurlar bir - biri ilə razılaşmır.
Bir sözlə, dağılmağa məhkum olmuş böyük Ermənistan parça - parça özlərinin əllərindəki toxmaqla çökür, dağılır. Çünki Azərbaycan öz torpağında böyük və güclü, haqlı siyasət aparır.

Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri