MM-də İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilir Siyasət

MM-də İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilir

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçirilir.

İclas sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçilərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İclasın gündəliyinə 3 məsələ daxil edilib:

1. Milli Məclisin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabat.

2. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi.

3.”Dini etiqad azadlığı haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).