20 Noyabr 22:57
20 Noyabr 22:41
20 Noyabr 22:29
Türk hüquqşünas: Tam üzvlük statusu Azərbaycanı Mərkəzi Asiya siyasətinin mərkəzi hissəsinə çevirib
“Azərbaycanın bu missiyada iştirakı ölkəmizin beynəlxalq sülhqoruyucu statusunu gücləndirə bilər”
Rusiya ordusunun Zaporojyeni atəşə tutması nəticəsində 5 nəfər ölüb
"Traxtor" komandasının təhqirlərlə bağlı şikayəti rədd edilib
5 May 08:15
2 030
İtaliyanın “Corriere della Sera” qəzeti yazır ki, Roma Papası Fransiskin avtomobili olan “Popemobile” Qəzza zolağında uşaqların müalicəsi üçün səyyar tibb bölməsinə çevrilir.
Papa Fransiskin istifadə etdiyi “Popemobile” Qəzzada uşaqlar üçün kiçik səyyar tibb məntəqəsinə çevriləcək”, – nəşr yazır.
“Popemobil” artıq təhvil verilib və hazırda mütəxəssislər onu təchiz edirlər.
Qəzet bildirir ki, avtomobil diaqnostika, analiz və müalicə üçün avadanlıqlarla təchiz olunacaq. Xüsusilə, infeksiyaların aşkarlanması üçün sürətli testlər, tikiş dəstləri, oksigen, vaksinlər, dərmanların saxlanması üçün soyuducu olacaq.
Qəzzaya humanitar dəhliz yenidən açıldıqda, bu avtomobil uşaqlara ilkin tibbi yardım göstərməyə başlayacaq.
İki aydan çoxdur ki, İsrail hərbçiləri Qəzza zolağına humanitar yardımın daxil olmasına icazə vermir. Nəşr yazır ki, bunun nəticəsində aclıq, infeksiya və digər xəstəliklər səbəbindən həyatı risk altında olan uşaqlar daha çox əziyyət çəkir.
Cavid