
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfəri, diplomatik arenada uğurla davam etdirir.
Bu barədə Trend-in suallarını cavablayarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, Qarabağ Müharibə Cinayətləri Araşdırma Komissiyasının İdarə Heyətinin üzvü Hulusi Kılıç bildirib.
O qeyd edib ki, Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistan baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emanuel Makron bir araya gələrək görüşlər keçirdilər.
“Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edildi. Bəynatda Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı qeyd edilir. Bu o mənanı ifadə edir ki Ermənistan Qarabağ üzərindəki iddialarından əl çəkir. Azərbaycan Prezidenti İlham Əliyev Praqa görüşündən uğurla çıxdı. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfəri diplomatik arenada uğurla davam etdirir. Türkiyə olaraqda biz Azərbaycana olan dəstəyimizi davam etdirəcəyik. Ümid edirik ki, qısa zamanda Azərbaycan və Ermənistan arasında süh müqaviləsi imzalanar və bölgədə rifah, iqtisadi inkişad daha da genişlənir”, - deyə H. Kılıç bildirib.