Mənzil alışına görə 23 mln. manatdan çox ƏDV geri qaytarılıb
Azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Heydər və Bibiheybət məscidlərində olub
“ƏDV geri al” üzrə vətəndaşlara 140 mln. manata yaxın vəsait qaytarılıb
MEK-in tərtibatında “Görkəmli elm xadimləri” seriyasından növbəti nəşr
Gürcüstanda Azərbaycan dilində təhsilin inkişafı ilə bağlı təkliflər hazırlanacaq
14:33
273
Yer kürəsində G1 səviyyəsində zəif maqnit fırtınası başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKI) və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası bildirib.
"Yer kürəsində təxminən saat 11-də sentyabr ayının ilk maqnit fırtınası başlayıb", — deyə məlumatda bildirilir.
Laboratoriyanın məlumatına görə, geomaqnit həyəcanlanmalarının ümumi müddəti iki günədək davam edə bilər. "Bu müddət ərzində 2-ci səviyyəli (orta) və az ehtimalla 3-cü səviyyəli (güclü) fırtınaların baş verməsi mümkündür", — deyə alimlər qeyd ediblər.
Onların proqnozlarına görə, geomaqnit aktivliyi qütb parıltısı zonasının sərhədinin orta enliklərə doğru kəskin şəkildə aşağı enməsinə səbəb olub. "Hələlik az ehtimal olunsa da, Moskva coğrafı enliklərində, yəni 53°–56° diapazonunda qütb parıltısının müşahidə olunma imkanı istisna edilmir", — deyə alimlər vurğulayırlar.
Məryəm Quliyeva