“Bir xalq kimi qürurumuzun bərpa olunduğu günləri gördük” Siyasət

“Bir xalq kimi qürurumuzun bərpa olunduğu günləri gördük”

“İki il öncə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz Qarabağı, o cümlədən Füzuli rayonunu işğaldan azad etdi. Biz düz 27 il Füzulisiz yaşadıq. Ümumiyyətlə, təkcə bu gün yox, 44 günlük müharibənin hər günü Azərbaycan xalqının son bir neçə 100 illik tarixində yaşanmamış, görünməmiş, arzusunda olduğumuz, xəyalını qurduğumuz çox şərəfli və qürurlu günlərdir. Biz xoşbəxt nəsilik ki, bu günlərin şahidi, iştirakçısı olduq, xəyalın gercəyə çevrildiyini, bir xalq kimi qürurumuzun bərpa olunduğu günləri gördük”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 27 il həsrətlə baxdığımız, nisgillə xatırladığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir: “İşğaldan azad olunan bütün digər ərazilərimiz kimi Füzuli rayonu da Azərbaycan Prezidentinin rəhbərliyi altında yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Füzuli Hava Limanı çox qısa zamanda beynəlxalq standartlara uyğun qurulan çox uğurlu bir layihədir”.

Əli