

“Azərbaycan və İran prezidentləri bir neçə gün əvvəl Astanada görüşmüşdülər. Bu görüşdən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib: “İran daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır? Tehranın bu siyasəti sonda ona gətirib çıxaracaq ki, Azərbaycanda Güney Azərbaycan hərəkatına dəstək barədə fikirlər güclənəcək”.