
Tramp: ABŞ İsrail–İran münaqişəsinə müdaxilə edə bilər
15 İyun 18:55
15 İyun 18:55
15 İyun 16:33
“MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında söylədiyi nitqində Prezident İlham Əliyev Ermənistanı dalana dirəyərək seçim qarşısında qoydu”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Musa Qasımlı deyib: “Dövlət başçımızın aşağıdakı fikirləri qarşıdakı vaxtlarda nələrin ola biləcəyindən vəbər verir: "2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbr nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq".
Yəni, Ermənistan işğalçı qüvvələrinin ərazilərimizdən çıxarılmasına dair üzərinə götürdüyü dövlət və hüquqi öhdəliyi yerinə yetirməsə, Azərbaycan Ordusu onları süpürüb sərhədlərindən kənara atmağa məcbur olacaq. İkincisi, Ermənistan Naxçıvana maneəsiz girişi təmin etməyə dair üzərinə götürdüyü dövlət və hüquqi öhdəliyi yerinə yetirməsə, onda Azərbaycan da Laçından girişi başlayacaq.
2003-cü ildən indiyədək Prezident İlham Əliyev nəyi deyibsə, onu da edib: ya xoşla, ya da zorla. İş zora düşsə, o zaman Ermənistanı arxasını söykədiyi Emmanuel Makron da xilas edə bilməyəcək”.
Əli