

2020-ci il parlamentin ilk iclasında Azərbaycsn Prezidenti İlham Əliyevin milli həmrəylik haqqıda bəyanatı ölkənin siyasi sistemində yeni bir mühit yaratdı. Zəfər Savaşı zamanı bu həmrəyliyin qüdrəti və gücü tam şəkildə ortaya çıxdı və ardınca Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan diplomatik savaşda da mütləq siyasi qüvvələrin dövlətçilik mövqeyindən çıxış etməsi müstəqillik tariximizin mühüm hadisəsi sayılmalıdır.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rışad Mahmudov söyləyib.
Deputat qeyd edib ki, bu günlərdə Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmələr də bu prosesin mühüm bir hissəsidir. Siyasi partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmə siyasi plüralizmin və demokratiya mühitinin göstəricisidir.
“Müzakirələrdə fikir və təkliflərini ifadə edən siyasi partiyaların tam açıq bir mühitdə müzakirə açması yeni qanunun ölkənin gələcək siyasi mühitində daha da şəffaf və milli birliyə söykənən bir şərait yaradacağını sübut edir. Yeri gəlmişlən, müxtəlif platformalarda bu mövzunun müzakirəsi gələcəkdə digər bu kimi qanun layihələrinin müzakirəsi üçün də müsbət nəticələr vəd edir. Belə qanun layihələrinin müzakirəsi sosial sifarişlərdən qaynaqlanan nəticə kimi dəyərləndirilməlidir. Milli Məclisdə qanunların qəbulunda bu şəkildə ictimai rəyin öyrənilməsi və bu rəyilərin qəbul olunan qanunlarda öz əksini tapması sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etmiş olur. Xüsusi olaraq vurğulanmalıdır ki, parlamentin fəaliyyətində ali qanunverici orqanda təmsil olunan siyasi qüvvələrlə əməkdaşlıq şəraitində yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun qurulması demokratik cəmiyyətin , eləcə də siyasi plüralizmin mövcudluğunun əsas göstəricisi kimi qiymətləndirilməlidir”, - deyə Rəşad Mahmudov vurğulayıb.