"Fars şovinizminin sonu gəlir" Siyasət

"Fars şovinizminin sonu gəlir"

İran fars rejiminin İslam adı altında şeytanı əməllər törətməsinin İran xalqı tərəfindən cavabının verildiyi bir dövrü yaşayırıq. Məsələ onda deyildir ki, İran molla rejimi 40 ildən çox ətraf müsəlman ölkələrdə çaxnaşma və istiqrarsızlıqlar yaratmaqla İslam düşmənlərinin oyunlarını oynadı, görünüşdə düşmən göründüyü ölkələrlə birlikdə hərəkət edib, həmin qüvvələrun planlarını həyata keçirmək üçün onların maşası oldu, məsələ ondadır ki, molla rejimi öz vətəndaşları olan xalqları da hər zaman diskriminasiya etdi, onların hüquq və azadlıqlarını əllərindən aldı. Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.Onun fikrincə, din adı altında hər şəkildə dini gözdən salan hərəkətlər etdi:
"Fars molla rejimi artıq sonunun gəldiyini, oynadığı oyunların artıq hamı tərəfindən başa düşüldüyünü yaxşı bilir. Ona görə də öz xislətini gizlətməyi lazım bilmir. Ermənistanda erməni qardaşları ilə birlikdə konsulluq açır, molla rejiminin vəzifəli şəxsləri övladlarını dəstək aldıqəları Qərbə qaçırır, öz xalqlarını terror etməyə başlayır. İŞİD adı altında bir neçə gün öncə terror törətməkdə günahkar bilinənlərin İranın İslam İnqilabı Müdafiəçiləri Korpusunun üzvü olduğu üzə çıxdı. Yüzlərlə etirazçı insanların rejim gücləri tərəfindən güllələndiyi bəlli olur. Belə görünür ki, fars şovinizminin sonu gəlir. Artıq bu günə kimi yürüdülən siyasət hər kəsin səbrini tükədib. İranın fars şovinist molla rejiminə qarşı mübarizəyə qalxan xalqlarına uğurlar arzulayırıq! Şimali Azərbaycan onların yanındadır!".

Cavid