“Dağlıq Qarabağ”: BMT neftə təslim olarsa... Siyasət

“Dağlıq Qarabağ”: BMT neftə təslim olarsa...

"İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Münaqişə tərəfi Azərbaycan - Həqiqətlər və Reallıqlar" layihəsi zamanı rəsmi səfərdə olan italiyalı jurnalist Alberto Palladino layihəylə bağlı yazısını İtaliya mətbuatında dərc etdirib. Teleqraf.com-un xəbərinə görə, o qeyd edib ki, münaqişə Azərbaycan və Ermənistan arasında sərhəd ərazilərdəki nəzarəti ələ keçirmək üçün illərlə apardığı tarixi mübarizəni unutmuş kimi görünən beynəlxalq əlaqələr tarixinin və Birləşmiş Millətlər Təşkilatının işində hələ açıq yara kimi duran mövzulardan biridir. Azərbaycan dilindən "Dağlıq Qara Bağ" kimi tərcümə olunan Dağlıq Qarabağ Azərbaycan Xarici İşlər Nazirliyinin fikrincə 1989-cu ildə, Sovet hökumətinin dağıldığı bir dönəmdə bu ərzilərin Azərbaycanın nəzarəti altından çıxmasına və hətta münaqişə zonasından əlavə 6 rayonun da qanunsuz şəkildə işğal olunmasına səbəb olub və bu ərazilər Ermənistan tərəfindən isə Artsax adlanır: "Dağlıq Qarabağ 1923-cü ildən Azərbaycanın tabeliyində olan muxtar vilayət olub, amma sovet dönəminə xarakterik olan sosial və coğrafi dəyişikliklərdən, demoqrafik artımdan və məcburi köçürülmələrdən uğurlu istifadə edən ermənilər bu ərazilərdə sərhəddi pozmağa, bəzi əraziləri bütünlüklə öz təsiri altına almağa və silah, canlı qüvvə çoxluğunun gücü sayəsində öz ərazilərinə birləşdirməyə nail olurlar. Rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən didərgin düşmüş köçkünlərin sayının bir milyon, bunlardan ən azı yeddi yüz mininin I.D.Ps (internally displaced persons) öz yaşayış məskənlərini məcburi tərk etmiş və sığınacaq tapmaq üçün başqa ərazilərdə məskunlaşmış insanlar olduğunu bildirir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin sözlərinə görə, sözügedən ərazilərdə torpaqların qanunsuz şəkildə işğalına beynəlxalq təşkilatlar, həmçinin münaqişəni həll etmək üçün 1993-cü ildən bəri dörd müxtəlif qətnamə qəbul edən BMT tərəfindən kifayət qədər ciddiliklə yanaşılmır. 30 aprel 1993-cü ildə Təhlükəsizlik Şurası "hərbi əməliyyatların dayandırılması və işğalçı qoşunlarının Kəlbəcər rayonundan çıxarılması"nı tələb edən 822 saylı qətnamə qəbul edir. Sözügedən rayon vaxtilə 57.756 nəfər əhalisi olan üç yüz min kvadrat kilometr ərazini əhatə edir. Qəbul edilən qətnamə heç bir nəticə vermir və üç ay sonra, daha doğrusu həmin ilin 29 iyulunda Təhlükəsizlik Şurası 853 saylı yeni qətnaməylə "hərbi əməliyyatların dərhal dayandırılması, erməni qoşunlarının 23 iyun 1993-cü ildə işğal olunmuş Ağdam rayonunundan çıxarılmasını və BMT-nin 822-ci qətnaməsinə riayət edilməsini tələb edir". Qətnamənin də mətnindən göründüyü kimi, erməni silahlı qüvvələri işğalçı siyasətlərini davam etdirib və bu dəfə 132.170 nəfər əhalisi olan sahəsi 1150 kvardrat km-lik bir ərazini işğal etmişdir. Qətnamələrin tətbiq edilməsi, yəni onların praktiki olaraq həyata keçirilməsi əsas problem olaraq qalır və bildiyimiz kimi bu gün Təhlükəsizlik Şurasının heç bir üzvü söz verdiyi kimi hərəkətə keçmək, güclü rus və fars maraqlarının hökm sürdüyü bu əraziyə sülhməramlı qoşunlarını daxil etmək fikrinə düşmür. 1993-cü il 14 noyabr tarixində 874 saylı yeni qətnamə 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) tərəfindən yaradılmış, iş strukturu Qarabağ müharibəsindən sonra sülh və danışıqlar yolunu əsas tutan Minsk qrupuna üzv olan ölkələri məsələyə cəlb edir. Söhbət hazırda Fransa, Rusiya və Amerikanın həmsədrliyi və Belarus, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya, İsveç, Finlandiya, Türkiyə və təbii ki, iki fərqli mövqelərdən çıxış etməklə işin operativliyini ciddi şəkildə şübhə altına alan bununla da vəziyyəti heç də asanlaşdırmayan Ermənistan və Azərbaycan nümayəndəliklərinin yardımı ilə idarə olunan bir iş masasından gedir. Ermənistan forumlarda "Dağlıq Qarabağ"ın nümayəndəsinin də iştirak etməsini, Azərbaycan isə Fransanın tarix boyu hər zaman özünə dost ölkə kimi bildiyi Türkiyə ilə əvəz olunmasını tələb edir. Bu arada sərhəddə müvəqqəti atəşkəs pozulmuş və BMT-nin Təhlükəsizlik Şurası 12 noyabr 1993-cü il tarixində saysız-hesabsız qətnamələrdən növbəti birini qəbul etməyə çağırılmış və "hərbi əməliyyatların bərpa olunmasına səbəb olan tərəflər arasındakı atəşkəs rejimin pozulmasını pisləyir, Ermənistan hökumətini 822, 853 və 874 saylı qətnamələrə riayət etmək üçün Dağlıq Qarabağ ermənilərinin razılığına nail olmaq üçün öz nüfuzundan istifadə etməyə çağırır, tərəflərdən dərhal hərbi əməliyyatların dayandırılmasını və erməni silahlı qüvvələrinin Zəngilan rayonundan çıxarılmasını tələb edir, həmçinin BMT-nin 822, 853, 874 saylı qətnamələrini bir daha xatırladır". Məqalədə qeyd edilir ki, bu vəziyyətdə Dağlıq Qarabağ məsələsi super güclərin yerli maraqlarının olmadığı hallarda beynəlxalq qurumların öz vəzifələrini sonuna kimi icra etməkdə necə çətinlik çəkdiyinin, bu səbəbdən də praktiki həllini tapmayan şifahi təlimatlar verməklə kifayətlənməyə məcbur olduğunun bariz nümunəsidir: "Maraqların olmamasının, daha doğrusu bu vəziyyətdə eyni maraqların olmasının, amma onların hüquqi proseslərə və qəbul olunmuş qətnamələrə zidd olmasının nəticəsi olaraq yaranan səmərəsizlik minlərlə insan həyatına son qoydu və insan haqlarının pozulması kitabına yazılan daha bir qara səhifə oldu. Təbii ki, bu qırğınları bir-birinə nisbətən müqayisə etmək belə haqsızlıqdır, amma bu faciələrin ən dəhşətlisi 2007-ci ildə Azərbaycanın şimal ərazisində yerləşən Quba şəhərində bir futbol stadionunun təmir işləri zamanı yerli su axınının yaxınlığında aşkar edilən və ən azı 24-ü uşaq, 28-i qadın olmaqla 137 insan skeletinin tapıldığı kütləvi məzarlıqdır. Bu qətliam 1918-ci illəri əhatə edir və Azərbaycanın fikrincə, bu hadisə ermənilərin daimi bu ərazilərdə azərbaycanlıların varlığını silmək istəyinin və bu gün Azərbaycanın gündən günə yaxşılaşan həyat səviyyəsini əsas mənbəyi olan təbii qaz və neftlə zəngin Xəzər dənizinə kimi gəlib çıxacaq "Böyük Ermənistan" qurmaq xəyallarını həyata keçirmək xülyasının bir sübutudur. Bu resursların mövcudluğu, əsas da Azərbaycana məxsus Xəzər ərazisindən Avropa qitəsinə gələn neft və qaz kəmərlərinin istismara verilməsi zamanla regionda ərazi iddialarının irəli sürülməsi məsələsində qərarverici rol oynamağa başladı. Gürcüstan və Türkiyə ilə yaxın dostluq və əməkdaşlıq əlaqələrində olan Azərbaycan resurslarının transportunun məhz bu ölkələrdən keçməsini, bu yolla geosiyasi nəzarət istiqamətinin digər koordinatlar üzrə yön dəyişməsini, yəni biri Xəzərin şimalında, biri cənubunda olduqlarına görə resursların ixracının idarəsini öz nəzarəti altında saxlamaq istəyən Rusiya-İran regional dualizminə son qoyulmasını istəyir. Bu resursların Avropa bazarına hansı yollarla gələcəyi məsələsi də beləcə 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Ceyhan qaz kəmərinin inşa edilməsi məqsədilə imzalanan kontraktla həll olundu. 13 iyul 2006-cı ildə rəsmi açılış oldu və Xəzər dənizində Azəri-Çıraq-Günəşli yatağından çıxarılan neft 1760 km (1090 mil) qət edərək Aralıq dənizinə gəlib çatdı. Bakı Sənqaçal terminalı yaxınlığından hasil edilən neft Gürcüstanın paytaxtı Tbilisidən keçir və Türkiyənin cənub-şərq sahilində yerləşən Ceyhan Aralıq dənizinə gəlir. Bu dünyada ikinci ən uzun neft kəməridir və Rusiyadan yola düşən, Ukrayna, Macarıstan, Polşa və Almaniyadan keçən, 4000 km məsafəni qət edən dünya birincisi "Dostluq" neft kəməri ilə layiqli rəqabət aparır. Azərbaycan neft kəməri gündə bir milyon barel (160.000 m3) tutumuyla enerji təminatının inkişafına böyük töhfələr verəcək. Bu layihənin sayəsində Türkiyənin ildə 300 milyon dollar gəlir əldə edəcəyi gözlənilir. Bütün bunlara 1999-cu ildə Bakı yaxınlığında aşkar olunmuş BP-nin Şahdəniz adlandırılan böyük qaz yataqlarının ehtiyatları əlavə olunur. Bundan əlavə 2011-ci ilin 9 sentyabrında isə 1996-cı ildən Azərbaycanda olan Fransanın enerji üzrə ən nəhəng şirkəti Total SA paytaxt Bakıdan 100 km cənub-şərqdə yerləşən Abşeronda 300 milyard m3-lik böyük təbii qaz ehtiyatlarının aşkar edildiyini açıqladı və bu da Azərbaycanın təbii qaz ehtiyatlarının 2.2 milyard m3-dan 2.500 milyard m3-a qədər artırdı. Göründüyü kimi, söhbət sadəcə bir neçə kənd və sözügedən xalqların tarixən yaşadığı bir neçə rayon uğrunda olan mübarizəsindən getmir, söhbət təbii resursların və mühüm strateji mövqeləri olan bir coğrafi ərazinin nəzarəti və ya destabilizasiyası üçün gedən açıq güc oyunundan gedir və bu, təəssüf ki, hələ də haqq-ədalətin bərpa olmasını gözləyən, yerində addımlayaraq və öz mövcudluq səbəbini qlobal balansa və təbii ehtiyatlar üstündə mübarizəyə qurban verən beynəlxalq təşkilatlara ümid edənlər üçün acı bir həqiqətdir".