"Strateji müttəfiqlik  səviyyəsinə qalxmaq üçün bütün  imkanlar var" Siyasət

"Strateji müttəfiqlik  səviyyəsinə qalxmaq üçün bütün  imkanlar var"

Azərbaycan Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə görüşündə Birgə Bəyannamənin imzalanması üç dövlət arasında siyasi-iqtisadi və nəqliyyat imkanlarını möhkəmləndirəcək. Həmçinin bu üçtərəfli əməkdaşlıq strateji müttəfiqlik səviyyəsinə qalxması üçün bütün imkanlar var.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib:
"Qeyd edim ki, üçtərəfli əməkdaşlıq Xəzər dənizinin dibi ilə "TransXəzər "qaz boru kəmərinin çəkilməsini hədəfləyir. 10 ildən artıqdır ki, Rusiya ekoloji problemi bəhanə edərək belə bir kəmərin çəkilməsinə qarşı olduğunu bəyan edir. Rusiyanın Ukraynada kifayət qədər zəifləməsi, Türkiyənin İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi mövqeyi möhkəmlənir. Həmçinin Türk Dövlətləri Təşkilatının inkişafı və təşkilat daxilində birliyin güclənməsi Türkiyənin aktiv siyasi mövqeyini gücləndirir".
Türkiyə Türkmənistan qazının Avropaya daşınması istiqamətində "TransXəzər" qaz kəmərinin çəkilməsini reallaşdıra bilər. Rusiyanın Türkiyənin bu siyasətinə qarşı gələcəyi gözlənilmir. Rusiya özü də artıq Avropaya qaz ixracında Türkiyədən asılı vəziyyətə düşür. Rusiya öz qazını Türkiyə ixrac edəcək və Ankarada buradan qazı Avropaya satacaq. Bununla bağlı razılaşma əldə edilib.: "Göründüyü kimi Türkiyə həm Rusiya qazını, həm də bu illər ərzində Mərkəzi Asiyanın neft-qaz ehtiyatlarının Avropa bazarına birbaşa çıxışı ilə təmin edəcək.
Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi -iqtisadi və nəqliyyat əlaqələrini inkişaf etdirməsi, Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir. Avropa İttifaqı da məhz bu istiqamətdə siyasəti dəstəkləyir".

Cavid