“Xalqımızın mübarizliyi əks effekt verdi” Siyasət

“Xalqımızın mübarizliyi əks effekt verdi”

“20 Yanvar faciəsi 1918-ci ilin mart qırğınlarından sonra Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və qəddar qəsd hesab etmək olar”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev deyib: “Amma xalqımızın mübarizliyi tamamilə əks effekt verdi. 20 Yanvar Azərbaycan xalqının kollektiv və tarixi yaddaşını oyadan, yeniləyən və formalaşdıran ən mühüm milli kodlardan birinə çevrildi. Bu hadisə Azərbaycan xalqının yaddaşında elə bir iz buraxdı ki, bu gün də bir çox hadisə və proseslərə məhz 20 Yanvar prizmasından baxırıq”.

Əli