“Bu gedişatdan ən çox narahat olan iki ölkə var-ABŞ və Fransa” Siyasət

“Bu gedişatdan ən çox narahat olan iki ölkə var-ABŞ və Fransa”

“Rusiya xarici işlər naziri Sergey Lavrovun bir müddət əvvəl bir neçə Afrika ölkəsinə səfəri Qərb mətbuatının diqqət mərkəzində olub. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Kremlin Afrikaya diqqət göstərməsi suallar yaradıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, bu gedişatdan ən çox narahat olan iki ölkə var – ABŞ və Fransa: “Bu iki ölkənin Afrika ölkələrində özəl maraqları var. Ona görə də Vaşinqton və Paris Afrikada Rusiya və Çinin fəallaşmasından narahatdır. Misal üçün Burkino-Faso rəhbərliyi Fransa hərbçilərinin ölkəni tərk etməsini istəyib. Bu ölkənin yeni hakimiyyəti Fransanın əvəzinə Rusiya ilə tərəfdaşlığı seçib. Vaşinqton və Paris Afrikada Rusiya ilə maraq mübarizəsini genişləndirməyə hazırlaşırlar”.

Əli