Polşa Azərbaycanda yeni yol təhlükəsizliyi sisteminin yaradılmasına köməklik göstərəcək - Nazir müavini Siyasət

Polşa Azərbaycanda yeni yol təhlükəsizliyi sisteminin yaradılmasına köməklik göstərəcək - Nazir müavini

Polşa Azərbaycanda yol hərəkətinin yeni təhlükəsizlik sisteminin yaradılacağından əmindir.

Trend-in məlumatına görə, bu barədə bu gün Polşanın infrastruktur nazirinin müavini Andzej Bittel "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, Polşa və Litvadan olan ekspert qrupu öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər.

"Əminəm ki, Azərbaycanla 30 il ərzində formalaşmış effektiv əməkdaşlığımız bizə bu layihəni yaxın zamanda həyata keçirməyə imkan verəcək", - o əlavə edib.

Xəbər yenilənəcək