“Prezident möhtəşəm nitqi ilə millətin ürəyindən tikan çıxardı”-Musa Qasımlı Siyasət

“Prezident möhtəşəm nitqi ilə millətin ürəyindən tikan çıxardı”-Musa Qasımlı

“Fransa beynəlxalq toplantılarda indiyədək heç vaxt bu cür şillələnməmiş, ayaqlar altına salınıb tapdalanmamış və iliyinə belə biz batırılmamışdı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Musa asımlı deyib: “Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki nitqində dediyi aşağıdakı sözlərlə etdi: “Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.”
Prezident möhtəşəm nitqi ilə millətin ürəyindən tikan çıxardı. Fransa rəhbərinə dedi ki, sən özünü nüvə dövləti hesab edə bilərsən, amma çox da atılıb-düşmə, mənimçün heç nəsən!”.