“Üçtərəfli bəyanatın tələbləri yerinə yetirilmir” Siyasət

“Üçtərəfli bəyanatın tələbləri yerinə yetirilmir”

“Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altında olan torpaqlarımızda qanunsuz hay silahlı birləşməsinin martın 5-dəki təxribatı haqqında sözü gedən ölkənin Müdafiə Nazirliyinin hələlik susmağa üstünlük verməsi özlüyündə çox şey deyir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millətvəkili Sahib Alıyev deyib. Millət vəkili bildirib ki, nazirliyin dünən axşamkı xəbər bülletenində "Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmini, mümkün insidentlərin qarşısının alınması üçün Azərbaycan və Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı əlaqə saxlanılır" cümləsi isə 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın yerinə yetirilməməsinin daha bir təsdiqidir”.