

“Bu gün beynəlxalq münasibətlərdəki gərginlik şəraitində işləmək daha çətinləşib. Lakın Müvəkkil üzərinə düşən işi ləyaqətlə yerinə yetirməyə çalışıb, Ermənistana qarşı fəaliyyət Səbinə xanım Əliyeva və rəhbərlik etdiyi qurumun ötən ilki əsas fəaliyyətini təşkil edib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc ombudsmanın illik məruzsəinin müzakirəsi zamanı deyib. Z.Oruc bildirib ki, müvəkkil insan hüquqları diplomatiyası sahəsində Parlamentin imkanlarından daim yararlanıb: “Ermənistan son vaxtlar Azərbaycanın hərbi gücünü demokratiya və insan haqlarına təhdid kimi qiymətləndirməklə xarici siyasətdə yeni ritorikaya keçib. Xankəndi erməniləri ilə birgəyaşayışdan danışan kimi dərhal gündəmə ədalətli məhkəmə, şəffaf idarəçilik və məmur-vətəndaş münasibətləri gətirilir. Halbuki separatizm və ərazi işğalı heç bir hüquq və ya hüquqsuzluqla legitimlik qazana bilməz...”.
Əli