

““2022-ci il dünyada baş verən hərbi münaqişələr, geosiyasi vəziyyət ərzaq qiymətlərinin artımına səbəb olub. Nazirlər Kabinetinin hesabatına baxdıqda Azərbaycan iqtisadiyyatında artım müşahidə olunur”. Xalqcəbhəsi.az xəbər veri ki, bunu parlamentin plenar iclasında çıxşı zamanı millət vəkili Kamilə Əiyeva deyib. O, bildirib ki, dünyada ərzaq böhranı fonunda ölkəmizdə kənd təsərrüfatı məhsullarında artım müşahidə olunması görülən tədbirlərin nəticəsidir: “Zaqatala ilə bağlı bəzi problemləri diqqətinizə çatdırmaq istəyiəm. Bir ara Zaqatalaya təyyarə reysləri var idi. Amma indi bu reyslər artıq yoxdur. Həmçinin avtobuslarla bağlı problemlər var. Buna görə də əhali daha çox taksilərə ütünlük verir ki, bu da onlara çətinliklər yaradır”.
Əli