

1 İyul 13:26
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
Səhər saatlarında Xankəndidən gələrək, Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus minik avtomobilləri geriyə qayıdıb. Xankəndiyə keçən avtomobillərdə erməni əsilli sakinlər olub.