Nazir: Ermənistanda parlament idarəetmə sistemi qorunub saxlanılacaq Siyasət

Nazir: Ermənistanda parlament idarəetmə sistemi qorunub saxlanılacaq

Ermənistanda parlament idarəetmə sistemi qorunub saxlanılacaq, lakin nəzarət və tənzimləmə sistemi dəyişəcək.

APA xəbər verir ki, bu gün bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə müsahibəsində deyib.

Nazir vurğulayıb ki, konstitusiya islahatları prosesi normal gedir, intensiv müzakirələr aparılır və proses bu templə davam etsə, ilin sonuna kimi uğurlu konsepsiya hazırlanacaq.

Minasyan onu da əlavə edib ki, parlamentlə hökumət arasında münasibətlərlə bağlı xeyli sayda düzəlişlər nəzərdə tutulur.

“Prezidentin genişlənmiş səlahiyyətləri olmayacaq”, - Minasyan bildirib.