Azərbaycan Qoşulmama hərəkatına həssas bir dönəmdə sədrlik edib - Dennis Sammut Siyasət

Azərbaycan Qoşulmama hərəkatına həssas bir dönəmdə sədrlik edib - Dennis Sammut

Azərbaycan Qoşulmama hərəkatına həssas bir dönəmdə sədrlik edib.

Trend-in məlumatına görə, bu barədə Links Europe-ın direktoru Dennis Sammut “Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“COVID-19 pandemiyası dövründə Azərbaycan üzv dövlətləri səfərbər etdi. Hərəkatın səlahiyyətləndirilməsi istiqamətində kifayət qədər işlər gördü. Azərbaycanın liderliyi beıə bir həssas vəziyyətdə çox önəmli idi”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda “Bandunqdan Bakıya qədər: Qoşulmama Hərəkatı mürəkkəb və dəyişkən qlobal kontekstdə” adlı beynəlxalq konfrans işə başlayıb. Tədbirdə Qoşulmama Hərəkatına üzv və digər ölkələrdən beyin mərkəzlərinin və xarici siyasət idarələrinin nümayəndələri, diplomatik korpus təmsilçiləri və Azərbaycan hökumətinin nümayəndələr və yerli ekspertlər iştirak edir.