Yoon Suk Yeol hərbi vəziyyətə cəhdlə bağlı səlahiyyətlərindən sui-istifadədə ittiham olunur Dünya

Yoon Suk Yeol hərbi vəziyyətə cəhdlə bağlı səlahiyyətlərindən sui-istifadədə ittiham olunur

Cənubi Koreyada prokurorlar keçmiş prezident Yoon Suk Yeol-a qarşı hərbi vəziyyətə cəhd etdiyinə görə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə məhkəməyə müraciət ediblər.
Xalqcebhesi.az Yonhap-a istinadən verdiyi xəbərə görə, Prokurorluğun işi araşdıran xüsusi qrupu Yoonun 3 dekabr 2024-cü il tarixdə elan etdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar olaraq əsgər və polisə Milli Məclisi bloklamaq əmri verərək səlahiyyətlərindən sui-istifadə etmək və hüquqların həyata keçirilməsinə mane olmaq ittihamı ilə həbs olunmadan mühakimə olunduğunu açıqlayıb.
Prokurorluq rəsmisi bildirib ki, prokurorlar Yoonu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham etmək üçün kifayət qədər sübut əldə ediblər.
Prokurorlar əvvəlcə prezidentin toxunulmazlığına görə ittiham irəli sürməkdən imtina etdilər, lakin aprelin əvvəlində Konstitusiya Məhkəməsi tərəfindən vəzifədən kənarlaşdırıldıqdan sonra Yoon-u səlahiyyətlərindən sui-istifadədə ittiham etmək qərarına gəldilər.
Yoonun hərbi vəziyyət elan etməsi və impiçment prosesi
O zamankı prezident Yoon Suk Yeol 2024-cü il dekabrın 3-də “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etmiş, lakin parlamentin səsverməsi və Nazirlər Kabinetinin təsdiqi ilə qərarın ləğvindən sonra geri çəkilmək məcburiyyətində qalmışdı.
2024-cü il dekabrın 14-də Milli Assambleyada keçirilən səsvermədə impiçment tələb edilən Yoon Konstitusiya Məhkəməsinin onun işi ilə bağlı qərarı çıxana qədər vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb.
Məhkəmədən sonra Konstitusiya Məhkəməsi 4 aprel tarixli qərarında Milli Məclisin impiçment tələbini qəbul edib və hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yoonun vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib.
Yoonun vəzifəsindən azad edilməsindən sonra iyunun 3-də yeni prezidenti müəyyənləşdirmək üçün seçkilərin keçiriləcəyi bildirilib.

Məryəm