Həmsədrlər nədən narahat olublar? Siyasət

Həmsədrlər nədən narahat olublar?

Elxan Şahinoğlu: "Təmas xəttindəki gərginlik həmsədrlər, Rusiya və beynəlxalq ictimaiyyəti narahat edir"
Üzeyir Cəfərov: "Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, ATƏT və digər beynəlxalq qurumlar hər vəchlə öz bivecliyini ört-basdır etməyə çalışırlar"
Mübariz Əhmədoğlu: "Cəbhədəki gərginlik ATƏT-in Minsk həmsədrlər qrupunun qüsurlu fəaliyyətini aşkara çıxarıb"

Son zamanlar həmsədr ölkələr Qarabağ münaqişəsi ilə bağlı tez-tez açıqlama venrirlər. Həmsədrlər bu dəfə Soçi olimpiya oyunları öncəsi ətəşkəs rejiminin pozulmasından narahatlıqlarını ifadə edirlər.
Bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə münasibət açıqlayıb. Rusiya XİN bildirib ki, gərginliyin artacağı təqdirdə "2013-cü il noyabrın 19-da Vyana sammitində nail olunmuş Azərbaycan-Ermənistan razılaşmalarının həyata keçirilməsi ciddi şəkildə çətinləşə bilər". Rusiya XİN həmçinin münaqişə tərəflərini "1995-ci il 4 fevral tarixli atəşkəs rejiminin möhkəmləndirilməsi haqqında Sazişlə nəzərdə tutulmuş" mexanizmlər də daxil olmaqla, vəziyyətin sabitləşməyinə yönəlik əlavə tədbirlər görməyə səsləyib.
Erməni mətbuatı bu bəyanatı Rusiyanın münaqişə tərəflərini ayırmaq bəhanəsi altında Qarabağa qoşun yeritmək niyyəti kimi dəyərləndirirlər. Güman olunur ki, bu, Soçi olimpiadasından sonra baş tuta bilər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərid Elxan Şahinoğlu bildirib ki, yanvarın 19-dan başlayaraq cəbhə xəttində atəşkəs rejimi intensiv şəkildə pozulurdu. Politoloq hesab edir ki, təmas xəttindəki gərginlik həmsədrlər, Rusiya və beynəlxalq ictimaiyyəti narahat edir: "Ona görə razılığa gəlindi ki, Soçi olimpiadasının keçirildiyi 20 gün ərzində atəşkəs rejiminə əməl edilsin. Cəbhə xəttində artıq atəşkəs rejiminin pozulması hallarının sayı getdikcə azalır. Əgər bir neçə gün bundan qabaq gün ərzində rejim 300-400 dəfə pozulurdusa, indi bu rəqəmlər 40-50 dəfəyə enib. Azərbaycan və Ermənistan prezidentləri də vəd etdilər ki, olimpiadanın keçirildiyi 20 gün ərzində atəşkəs rejiminə ciddi riayət olunacaq. Bu o demək deyil ki, həmsədrlər bu müddət ərzində vəziyyəti yalnız müşahidə edə bilərlər. Çünki olimpiadanın qurtarması ilə vəziyyət yenidən qarışa bilər. Həmsədrlər 20 gündən səmərəli istifadə edib konkret təkliflər hazırlamalıdırlar. Həmin təkliflər əsasında bölgəyə yenidən səfər edib danışıqları intensivləşdirməlidirlər". Elxan Şahinoğlunun sözlərinə görə, aparılan danışıqlar nəticə verməsə, atəşkəs yenidən pozulmaqda davam edəcək: "Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həllində mövcud status-kvo dəyişməsə, alternativ yollara əl atılacaq".
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, ATƏT və digər beynəlxalq qurumlar hər vəchlə öz bivecliyini ört-basdır etməyə çalışırlar: "Onlar faktiki olaraq işğalçılıq siyasətini davam etdirəm Ermənistana havadarlıq etməklə məşğuldurlar. İndi erməni snayperinin atəşkəsə əməl etməməsinə sərt reaksiya verməyə borclu olan bu binəvalar daoa çox Soçi Olimpiadasını fikirləşirlər. Və özləri də bir daha buna əmin oldular ki erməni kimi məkrli niyyətləri olan millət üçün heç bir ləyaqət və ya vicdan deyilən şey olmayıb və yoxdur. Bu vəziyyt hələ uzun müddət belə davam edəcək və biz, itkilərimizin qarşısını almasaq, bunun üçün təsirli tədbirlər görməsək, şəhidlərin sayı artmaqda davam edəcək".
Politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, cəbhədəki hərbi gərginlik ATƏT-in Minsk həmsədrlər qrupunun kifayət qədər qüsurlu fəaliyyətini aşkara çıxarıb. Onun sözlərinə görə, hərbi insidentlərin istənilən səfiyyəsində vasitəçilər yalnız eyni məzmunlu fikir bildirir. Politoloq bununla yanaşı hərbi gərginliyin əsas səbəbinin araşdırılması istiqamətində heç bir iş görülmədiyini də deyib: "Minsk Qrupu həmsədrlərinin sırasında ATƏT-in hərbi mütəxəssislərindən olsaydı, bu, bəlkə də həmsədrlərin fəaliyyətinin məzmununa təsir edə bilərdi. Diplomatik danışıqların 2 onillikdən çox nəticəsiz qalması Ermənistan hərbçilərinin bu müddət ərzində Azərbaycan ərzilərində kök salmaları hərbi xarakterli məsələlərin mahiyyətinə diqqət verməyi ön plana çıxarır.
Əsas problemlərdən biri Azərbaycanla Ermənistan arasında hərbi gücün potensialı arasında fərqin böyüməsidir. Fikrimcə, bu meyil davam edəcək, Ermənistan bu və digər parametrlər üzrə bundan sonra da Azərbaycandan geri qalacaq. Ermənistanın potensialı heç vaxt Azərbaycanın imkanlarına çata bilməz. Bu nöteyi- nəzərdən Ermənistanda belə hesab edirlər ki, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlar aparma şansı məhz indidir və gələcəkdə bu şans olmayacaq. Rusiyanın Soçi olimpiadasına görə təhlükəsizlik məsələlərinə hiper reaksiyasını nəzərə nəzərə alan Ermənistan hərbi vəziyyəti gərginləşdirməklə Rusiya-Azərbaycan qarşıdurması yaratmağa cəhd edir. Həmçinin Ermənistan hərbi xarakterli insidentlər təşkil etməklə birbaşa danışıqlar prosesinin təşkilinə və ya gündəliyinə təsir edir. Dağlıq Qarabağın "xarici işlər naziri" Karen Mirzoyan qısa müddət ərzində Ermənistan Xarimci İşlər Hazirliyinə çağırıldı. Eyni zamanda Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı xarici işlər nazirlərinin görüşünü pozmaq cəhdində ittiham etdi. Az sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan xarici işlər nazirlərinin Parisdəki görüşünün baş tutmamasının bəlli olmadığını bildirdi. Beləliklə həmsədrlərin nəzərdə tutduğu mövzu kənarda qaldı. Minsk Qrupu həmsədrliyi institutu sıradan çıxır. 3 həmsədr dövlətlə Qarabağ siyasətimizi diferensiallaşdırmalıyıq. Qonşularımızdan isə Dağlıq Qarabağ məsələsində konkretlik tələb etməyin vaxtı çatıb".
"Qarabağ" komitəsinin sabiq üzvü Aşot Manuçaryan bildirib ki, Dağlıq Qarabağda Hərbi əməliyyatların başlayacağı təqdirdə Rusiya Azərbaycana qoşun yeridəcək. Aşot Manuçaryanın Rusiyanın bunu Ermənistanla müttəfiq olduğu üçün deyil, Azərbaycanı nəzarət altına almaq üçün edəcəyini vurğulayıb: "Rusiyanın özündə vəziyyət ürəkaçan deyil. Qərb ölkələri daim Rusiyaya təzyiq göstərirlər. Rusiyanın daxilində sabitlik yaratmaq üçün bircə yolu var-xaricdə müharibə. Rusiya bu fürsətdən imtina etməyəcək".
Pentaqonun və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək vəzifəli əməkdaşı, Amerika Xarici Siyasət Mərkəzinin Avropa və Avrasiya məsələləri üzrə analitiki Uayan Meri deyib ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə 90-cı illərin əvvəllərindəki müharibədən güclü şəkildə fərqlənəcək: "Yeni müharibə, əgər birdən başlayarsa, yüksək texnologiyalara əsaslanan silahlarla aparılacaq və tərəflər bir-birlərini uzaq məsafələrdən vurmağa çalışacaqlar. Lakin quru qoşunları işə salınmayana qədər toqquşmalar nəticə verməyəcək". Uayan Meri əlavə edib ki, bu günlər təmas xəttində insidentlərin artdığı bir vaxtda müharibənin qaçılmaz olduğuna dair fikirlər çoxlarının başından çıxmır. Keçmiş Pentaqon əməkdaşının sözlərinə görə, tərəflər çox güman ki, dünya nəhənglərinin işə qarışmasını gözləyərək uzaq zərbə radiusuna malik silahları işə salmaqla qısamüddətli müharibəyə başlamaq istəyirlər: "Bununla belə məsələnin hərbi yolla həlli üçün daha amansız müharibə lazımdır. Yəni tərəflər sərhədi keçməli, əraziləri ələ keçirməli və mülki əhali arasında tələfata səbəb olmalıdır. Mən bu cür silahlı toqquşmaların münaqişənin siyasi həllinə imkan açacağına şübhə edirəm". Uayan Meri hesab edir ki, tərəflərin hərbi imkanları da eyni deyil. Həmçinin onların hərbi vərdişləri də eyni deyil və belə vəziyyətdə müharibə tərəflərdən hansısa biri üçün həlledici nəticə verə bilməz.
Uayan Meri deyib ki, Azərbaycan yüksək texnologiyaya əsaslanan silahlar alır, eyni zamanda öz hərbi sənayesini gücləndirir. Onun fikrincə, müharibə başlasa və böyüsə, regional oyunçular da kənarda dayanıb baxmayacaq. Status-kvonun dəyişməsindən söhbət gedəndə Moskva və Ankara da münaqişəyə qoşulacaqlar".

Əli