Tarixi anlar yaşanır Siyasət

Tarixi anlar yaşanır

Ali Baş Komandan elə bir savaş aparıb ki, tarixi yenidən, həm də qalibiyyətlə dolu -dolu yaradıb.
Çünki bütün sistem iqtisadi, siyasi, mədəni, diplomatik, ideloji hissələrdə tam olanda, o alətlər işləyəndə qalibiyyət gəlir.
Bu görüntü təkcə tankın görüntüsü deyil, o tankın ətrafında bəlkə minə qədər əsgərimiz şəhid olub, amma indi orda sadə, lakin nəhəng bir inşaat makinası -kranla qondarma rejimin bitişi təntənəli sürətdə icra edilir, kökündən sökülüb, atılır.
İlham Əliyev Azərbaycan xalqının 30 illik röyalarını həqiqətə çevirir, indi inşaat ordusunu, inşaat xüsusi təyinatlılarını meydana tökür.
Milyonlarla insanın köksündən qopan qalibiyyət hayqırtısının, dualarının ünvanı Əliyevdir.
Hər bir halda kran tankdan daha böyükdür, onun hündürlük o qədər ucalığa yüksəlir ki, Xankəndində dalğalanacaq ən uzun bayrağımızı da o göy üzünə yüksəldəcək, bir bayraq altında birləşdiyimiz, bir Komutan əmrində olduğumuz üçün qalib gəldik.

Əziz Əlibəyl