Pezeşkian: Livanda atəşkəs İranın sülh planının tərkib hissəsidir Dünya

Pezeşkian: Livanda atəşkəs İranın sülh planının tərkib hissəsidir

İran prezidenti Məsud Pezeşkian Livanda atəşkəsin İranın təqdim etdiyi sülh planına daxil olduğunu bildirib.

Bu barədə o, “Telegram” kanalında paylaşım edib.

Pezeşkian qeyd edib ki, İran müharibənin dayandırılması üçün 10 maddədən ibarət plan irəli sürüb və bu planın əsas şərtlərindən biri Livanda atəşkəs rejiminin təmin olunmasıdır.

Onun sözlərinə görə, regionda sabitliyin əldə olunması üçün bu kimi addımlar mühüm əhəmiyyət daşıyır.