“Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edildi Siyasət

“Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədə aşağıdakı dəyişikliklər edilib:

1. Mətni 1-ci hissə hesab edilsin, həmin hissədə “birləşdirilərkən, ayrılarkən, yenidən təşkil edilərkən” sözləri “yenidən təşkil edilərkən (birləşdirilərkən, ayrılarkən)” sözləri ilə əvəz edilsin və həmin hissəyə “xüsusiyyətlər,” sözündən sonra “habelə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq” sözləri əlavə edilib.

2. Aşağıdakı məzmunda 2-ci və 3-cü hissələr əlavə edilib:

“2. Təşkil və ya yenidən təşkil nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.

3. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılır.”.