Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
23 Noyabr 2024 18:15
3 794
Xəbər verdiyimiz kimi, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmə təkmilləşdiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.