Azərbaycan Afrikada diplomatik təmsilçiliyini genişləndirəcək Siyasət

Azərbaycan Afrikada diplomatik təmsilçiliyini genişləndirəcək

2025-ci ildə Efiopiya, Somali, Qvineya və digər Afrika ölkələri ilə siyasi məsləhətləşmələr aparmışıq.

Bu, Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

Nazir müavini bildirib ki, hələ bu ilin 5 ayı tamamlanmayıb: “Bu ilin sonuna qədər Konqo, Zimbabve və digər ölkələrlə də siyasi məsləhətləşmələr həyata keçiriləcək. COP-29-dan sonra Afrika ölkələri ilə əməkdaşlıq genişlənir. Bir çox Afrika ölkə liderləri ölkəmizə səfər edib, və bir çoxunun da səfəri planlaşdırılır. Diplomatik təmsilçiliyin də dairəsinin genişləndirlıməsi məsələsi də hazırda müzakirədədir. Bu da yaxın vaxtlarda öz həllini tapmış olacaq”.