

“Nur” layihəsi çərçivəsində SOCAR tərəfindən Korça şəhərinin qazlaşdırması sayəsində qazdan enerji mənbəyi kimi necə istifadə edildiyini öyrənməyə çalışırıq.
APA-nın Tiranaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Albaniya energetika və infrastruktur nazirinin müavini Ceno Klosi bildirib.
Nazir Albaniya qanunvericiliyində də qazlaşma ilə bağlı məsələlərin nəzərə alınacağını söyləyib: “Bu layihə ilə paralel olaraq indi biz SOCAR-la qazlaşdırma ilə bağlı digər sahələrini də müzakirə edirik. Çünki bu, SOCAR üçün də kiçik layihədir”.
Ceno Klosi qazdan elektrik enerjisi istehsalında istifadə istiqamətində layihənin də nəzərdə tutulduğunu qeyd edib.