

2026-cı ildə Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurum rəhbərlərinin üçüncü toplantısı keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, Bunu baş prokuror Kamran Əliyev Bakıda səfərdə olan Qətərin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Həməd bin Naserv AI-Misnəd ilə görüşündə deyib.
Baş prokuror Azərbaycan ilə Qətər arasında mövcud olan güclü siyasi əlaqələri və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Kamran Əliyev iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirib, GlobE şəbəkəsi və digər beynəlxalq platformalar çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Həməd bin Naserv AI-Misnəd isə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nəticələri və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni yüksək dəyərləndirib. O, Azərbaycan Prokurorluğunun beynəlxalq platformaların təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdən sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu əks etdirən eksponatları izləyiblər.