Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib Hadisə

Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147-ci kilometrliyində torpaq sürüşməsi yenidən aktivləşib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, intensiv yağıntılar nəticəsində yolun çiyin hissəsində və bir neçə gün əvvəl kipləşdirilən torpaq qatında çökmə qeydə alınıb.

Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən ərazidə torpaq sürüşməsi baş vermiş, nəticədə yolun bir zolağı tamamilə bağlanmış, asfalt qatı çökmüş, çiyin hissələrdə isə dərin yarğanlar əmələ gəlmişdi. Bundan sonra əraziyə texnikalar cəlb olunaraq material daşınmış, çökən hissələr doldurulmuşdu. Lakin son günlərdə sürüşmə yenidən aktivləşib.