

Sentyabrın 19-u Formula 1 atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq.
Bakı Şəhər Halqasından Xalqcebhesi.az-a bildirilib ki, bu ilin ən çox gözlənilən tədbirlərindən biri – Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi yalnız sürət, rəqabət və texnologiya ilə deyil, eyni zamanda, qeyri-adi musiqilər ilə yadda qalacaq.
Qran-Pri idman yarışı olmaqla bərabər, həm də festival ab-havasıdır. Hər il olduğu kimi, bu il də Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmaz anlar vəd edir.
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə 4 günlük bilet sahibləri konsertdə iştirak edə biləcəklər.