

Çexiyanın Trutnov şəhərində təchizatla benç-press, didlift və strikt-körl idman növləri üzrə Avropa çempionatı keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, yarışlarda 40 ölkədən 500-ə qədər idmançı iştirak edib.
Ölkəmizi bu yarışlarda 3 idman növü üzrə 16 idmançı və 1 məşqçi təmsil edib.
Təchizatla benç-press üzrə:
Əli Əliyev - 1-ci yer (böyüklər arasında - 140 kq) və yeni dünya rekordu müəyyənləşdirilib.
Famil Məhərrəmov - 1-ci yer (veteranlar arasında – 140 kq)
Didlift üzrə:
Vüqar Namazov - 1-ci yer (böyüklər arasında-140+ kq)
İlkin Namazov - 2-ci yer. (böyüklər arasında-140 kq),
Məhəmməd Hüseynov -1-ci yer (təchizatla, böyüklər arasında)
Seymur Quliyev - 2-ci yer (böyüklər arasında, 125 kq)
Muhəmməd Nağıyev – 1-ci yer, həmçinin mütləq qaliblər arasında 2-ci yer
Mehdi Hacızadə – 1-ci yer (böyüklər arasında 56 kq, həmçinin mütləq qaliblər arasında 1-ci yer)
Strit körl üzrə:
Cəlil Əliyev – 2-ci yer (böyüklər arasında, 110 kq)
Zaur Abbasov – 1-ci yer (böyüklər arasında 100 kq)
Sultan Sultanov – 1-ci yer (böyüklər arasında, 90 kq)
Məhəmməd Yusifov – 1-ci yer (böyüklər arasında, 82,5 kq)
Sadiq Musayev – 2-ci yer (böyüklər arasında, 82,5 kq)
Turan Qədimli – 1-ci yer (böyüklər arasında 75 kq, həmçinin mütləq qaliblər arasında 3-cü yer)
Vadim Zelenov – 1-ci yer, (böyüklər arasında, həmçinin mütləq qaliblər arasında 2-ci yer).