

Trek velosipedi üzrə Azərbaycan yığmasının daha bir üzvü Məryəm Hüseynova Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində fəxri kürsüyə qalxıb.
Azərbaycan Velosiped Federasiyasından AZƏRTAC-a bildirilib ki, 2009-1010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçi omnium yarışlarında qüvvəsini sınayıb.
3 hərəkətin cəmində 38 iştirakçı arasında ümumi təsnifatda 3-cü yeri tutan idmançı bürünc medala layiq görülüb.
Daha əvvəl millinin üzvü Viktoriya Sidorenko da bürünc mükafata sahib çıxıb.