
Günəşdə güclü parlama baş verib
19 May 17:55
19 May 17:55
19 May 17:52
Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Pedro Rollanla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xalqcebhesi.az-a verilən xəbərə görə, Pedro Rollan ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib.
O, Senatın parlamentlər arasında əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini, eyni zamanda hökumətlər arasında əməkdaşlığı da dəstəkləməyə hazır olduğunu bildirib.
Senatın sədri Azərbaycanın iqtisadi inkişaf göstəricilərini təqdir edərək, ispan şirkətlərinin ölkəmizdə, xüsusilə nəqliyyat sahəsində fəaliyyətini dəstəklədiklərini vurğulayıb. O, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığı da yüksək qiymətləndirdiklərini söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində Azərbaycanla İspaniya arasında bir sıra sahələrdə əməkdaşlığın uğurlu inkişafını qeyd edib, o cümlədən iqtisadi sahədə müsbət əməkdaşlıq təcrübəsinin mövcud olduğunu söyləyib. Spiker Sahibə Qafarova bir sıra digər sahələrdə də əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı spiker Sahibə Qafarova parlamentlər arasında əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb. Görüşdə, eyni zamanda, parlament komitələri arasında əməkdaşlığın qurulması barədə də fikir mübadiləsi aparılıb.