

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
18:47
Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Kremldən bildirilib ki, Putin "Sirius" təhsil kompleksinin binasından Trampla danışıqlar aparır.
***
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı 2 saatdan çox davam edib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
O, telefon danışığının səmimi və çox faydalı keçdiyini qeyd edib.