Qarabağda həyatın ritmi dəyişir Siyasət

Qarabağda həyatın ritmi dəyişir

Qarabağda baş verənləri yalnız uzaqdanizləməklə anlamaq mümkün deyil. Butorpaqların dirçəlişi, çəkdiyi ağrılar, qazandığıqürur yerində hiss olunmalıdır. Bu baxımdanPrezident Administrasiyasının təşəbbüsü iləhəyata keçirilən Zəngilan, Cəbrayıl və Horadizsəfəri yalnız tanışlıq xarakteri daşımadı – bu, həm də siyasi yaddaşın, milli dirçəlişin vəstrateji baxışın bir parçasına çevrildi.

Səfərin ən təsirli anlarından biri Horadizdəyaşandı. Bizə göstərilən sahədə minazərərsizləşdirmə prosesi aparılırdı və səfəriştirakçıları olaraq xüsusi təşkil olunmuş şəkildəmina partlayışına şahid olduq. Bu partlayış, əslində, bir simvol idi – Azərbaycanın üzərinəgəlmiş təhdidlərin bir-bir aradan qaldırıldığınınsəsi idi. Bu, keçmişin son səsi, gələcəyinbaşlanğıcı kimi eşidildi.

Elə həmin ziddiyyətli hisslərlə Cəbrayılayollandıq. Tekstil fabrikində qadınların səssiz, amma mətanətli əməyi bizi qarşıladı. Onlarıntikdiyi parçalar sadəcə geyim deyil, Qarabağıngələcəyidir. Orada hər bir tikiş vuruşu, sankihəyatın təzədən başlamasının, qadın əllərinintorpağa, zəhmətə və sabaha sahib çıxmasınınsimvolu idi. Partlayışın səsi susmuşdu, yerinitikiş maşınlarının ahəngli ritmi almışdı. Bukeçid – müharibənin qoparıb apardığısəssizliyin yerini əmək və həyatın aldığı an – bəlkə də bu səfərin ən dərin mənalı məqamı idi.

Zəngilanda isə artıq fərqli bir mərhələ yaşanırdı– planlı gələcək. Ağıllı kənd modeli, müasirinfrastruktur, yaşıl enerji və dayanıqlıməskunlaşma – burada hər şey sabahın dili ilədanışır. Zəngilan Azərbaycanın postmünaqişəvizyonunun konkret simasıdır. Bu torpaqdatəkcə həyat bərpa olunmur, gələcək inşa olunur. Və bu gələcək keçmişin ağrısını deyil, Azərbaycanın gücünü və iradəsini daşıyır.

Səfər təkcə gördüklərimiz deyil, hissetdiklərimizlə də yadda qaldı. PrezidentAdministrasiyasının bu təşəbbüsü sadəcəinformasiya mübadiləsi yox, həm də ictimai-siyasi dialoqun canlı formatı idi. Müxtəlifsahələri təmsil edən insanların – siyasətçilərin, media nümayəndələrinin, ekspertlərin – birgəsəfəri, bu torpaqların gerçəkliyini birgəyaşaması, milli konsolidasiyanın mühümgöstəricisidir. Dövlət cəmiyyətə açıqdır. Busəfərlər göstərdi ki, qayıdış sadəcə coğrafi yox, həm də siyasi və mənəvi qayıdışdır.

Züriyə Qarayeva
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq