“Azərbaycan məsələni güc yolu ilə qısa zamanda həll edəcək” Siyasət

“Azərbaycan məsələni güc yolu ilə qısa zamanda həll edəcək”

İlqar Vəlizadə: "Odur ki, aprel hadisələri Sərkisyan üçün bir dərsdir"


"Sərkisyan Rusiyanın verəcəyi dərsin Ermənistana necə baha başa gələcəyini yaxşı anlayır. 2016-ci il aprel döyüşləri Sərkisyan üçün bir dərs olub. O yaxşı bilir ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa və rusiya buna göz yumarsa, bunun hansı vəziyyət yaradacağını yaxşı anlayır". Bunu Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, Sərkisyan bilir ki, Rusiya hərbi əməliyyatlar zamanı bir neçə günlük prosesə müdaxilə etməzsə, Azərbaycan məsələni güc yolu ilə qısa zamanda həll edəcək: "Odur ki, aprel hadisələri Sərkisyan üçün bir dərsdir".
Rusiya Federasiya Şurasının Ermənistan-Rusiya birgə hərbi birləşmələr yaradılması haqqında sazişi ratifikasiya olunmasından ermənilərin təbliğat kampaniyasına gəldikdə İ. Vəlizadə deyib ki, birgə hərbi birliklərin yaradılan zaman əslində idarəçilik Rusiyanın əlində olacaq. "Baxmayaraq ki, sülh şəraitində İrəvan da bu hərbi birliklərə rəhbərlik edə bilər, ancaq istənilən halda bu birliklərdən istifadə Rusiyanın razılığı ilə həyata keçirilməlidir".
Bu hərbi birliklərin yaradılmasından Azərbaycana qarşı təbliğat maşını kimi istifadəsinə gəldikdə isə politoloq deyib ki, bu blefdir: "Rusiya bundan hansısa münaqişə zmanı istifadə etməsi mümkün deyil. Ermənilər sadəcə bununla gözə kül üfürmək istəyirlər ki, guya onlar da bölgədəki hərbi-siyasi proseslərdə iştirak edəcəklər. Ancaq reallaıq tamam başqadır. Bu gün Ermənistanın sərhədlərinə Rusiya nəzarət edir. Bundan əlavə olaraq hava hücümundan müdafiə sistemi də Rusiyanın nəzarətindədir. Indi isə birgə hərbi birliklər yaratmaqla əslində Ermənistanın tamamilə Rusiyanın təsir dairəsinə salmaqdan ibarətdir. Ona görə də ermənilərin bu hərbi birliklərdən Qarabağda nə zamansa istifadəsi kimi düçüncələri xülyadan başqa bir şey deyil.
Burada digər ikinci əsas amil ondan ibarətdir ki, Rusyanın belə bir hərbi birlik yaratması digər siyasi hərbi birliklərə və dövlətlərə, xüsusən də NATO-ya, Türkiyəyə, Avropaya bir mesajıdır. Bununla bölgədəki vəziyyətə necə təsir etdiklərini və nəzarətləridnə saxladıqlarını nümayiş etdirmək sitəyirlər".