

3 Sentyabr 23:45
3 Sentyabr 23:34
3 Sentyabr 23:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Qəzza elə bölgədir ki, orada problemin uzunmüddətli həlli olduqca çətindir. Onillərdir resept hazırlanır ki, Yaxın Şərqdə problemlər necə həll edilməlidir, amma bu resepti biz görmürük. Ona görə mən hesab etmirəm ki, Tramp bunu bacaracaq”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib.
Politoloq əlavə edib ki, müəyyən müddətlik ola bilər, o da çox qısa müddətlik, amma Qəzzadakı məsələ kökündən həll edilməlidir və hər kəs bilir ki, bunun kökü nədən ibarətdir: “Ona görə bu məsələlərə həm dərin fəlsəfi, həm ideoloji baxımdan yanaşmaq lazımdır. Tramp təbii ki, münaqişələrin həllində öz adını çıxartmaq istəyir, amma biz görürük ki, faktiki olaraq İran-İsrail müharibəsinin sonunda da məsələ kökündən həll edilməyib, eyni zamanda, Rusiya-Ukrayna arasında müharibə davam edir. Pakistan-Hindistan arasında müharibə qısamüddətli dayandı. Amma bu demək deyil ki, sabah müharibə olmayacaq. Yəni bütün bunlar müharibənin dayandırılması reseptləridir, amma münaqişənin həlli reseptləri deyil”.
Röya İsrafilova