
Türkiyənin Ukraynaya qoşun yeritməyə hazır olduğu açıqlanıb
23 Avqust 19:42
23 Avqust 19:42
23 Avqust 17:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.
Sizə - təcrübəli ictimai-siyasi və dövlət xadiminə məsuliyyətli vəzifənizdə davamlı səmərəli fəaliyyət, Azərbaycan Respublikasının hərtərəfli inkişafı üzrə çoxtərəfli vəzifələrin həllində uğurlar arzulayıram. Qoy, doğma ölkəniz naminə quruculuq işləri və bütün məqsədlər üzrə qazanılan nailiyyətlər Sizə haqlı olaraq məmnunluq bəxş etsin, Azərbaycan xalqının dəstəyi Sizi yeni faydalı ideyaların, perspektiv layihələrin həyata keçirilməsinə ruhlandırsın və güc versin.
Möhkəm cansağlığı və xoşbəxtlik arzuları ilə Sizə və yaxınlarınıza ən xoş diləklərimi çatdırıram".